Hərbi qulluqçu İrəvana gedib

media-hightechnic-468x90

81583Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Rusiya hərbi qulluqçusu barəsində araşdırmanın koordinasiyası üçün İrəvana gəlib.

Yenicag anspress-ə istinadən bildirir ki, bu haqda Rusiya Federasiyasının İK rəsmi nümayəndəsi Vladimir Markin bildirib.

“Rusiyanın İstintaq komitəsinin sədri Aleksandr Bastırkin Rusiya hərbi qulluqçusu Valeri Permyakov barəsində cinayət işinin araşdırılması üzrə hərbi müstəntiqlərin işinin koordinasiyası üçün İrəvana gəldi”, – deyə Markin açıqlama verib.

Bastırkin cinayətin obyektiv və tam araşdırılması üçün Ermənistanın hüquq-mühafizə orqanları ilə sıx və qarşılıqlı şəkildə işləyəcək.

Qeyd edək ki, Gümrüdə Valeri Permyakov bir erməni ailəsinin 6 üzvünü öldürmüşdü.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600