!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hərbi qulluqçulara əmək pensiyası təyinatı qaydası dəyişir

!Reklam – Yazi

Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldığı gündən təyin olunması təklif olunur.

Yenicag.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsində qeyd olunub.

Əlavə olaraq 13.05.2022-ci il tarixli 530-VIQD nömrəli “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə AR Qanunu ilə hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərin, məhkəmənin qanunu qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslərin, hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslərin və ali zabit heyətinə aid şəxslərin əmək pensiyasının yenidən hərbi xidmətə qəbul edilməsi ilə əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanması mümkün olunub. Bu redaksiyanın Qanunda mətn üzrə aidiyyəti maddələrdə göstərilməməsi bu şəxslərin əmək pensiyasının yenidən hesablanmasında çətinlik yaradır. Odur ki, bu şəxslərin əmək pensiyasının yenidən hesablanmasnın dəqiqləşdirilməsi üçün dəyişiklil təklif olunur.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq I oxunuşda qəbul edilib./unikal

COP29

www.yenicag.az

175
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv