Hərbi təcavüzün 1 trilyonluq ZƏRƏRİ - Baş nazir açıqladı

media-hightechnic-468x90

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün 5-ci həftəsində ölkəyə dəyən maddi zərər hesablanıb.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmiqal danışıb.

Baş nazirin sözlərinə görə, Rusiyanın hərbi təcavüzündən sonra ölkə iqtisadiyyatına və ümumi infrastruktura təqribən 1 trilyon dollar ziyan vurulub.

O, əlavə edib ki, bu hesablama ekspertlər səviyyəsində aparılsa da, ölkəyə dəyən ümumi ziyan strukturlaşdırılıb:

“Bu məbləğə indiki itkilərə görə gələcəkdə üzləşəcəyimiz zərər də daxildir. Amma hazırda infrastrukturun – körpülər, yollar, yaşayış və inzibati binalar, digər obyektlərin dağıdılması 120 milyard dollarla ifadə olunur.

Hərbi infrastruktur və digər mülki obyektlərin dağılması ilə birlikdə bu zərər 270 milyard dollar təşkil edir.

Zərərin dəqiq hesablanması üçün xüsusi reyestr yaradılıb”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600