Həsən Həsənov dəfn edilib
İyulun 11-də Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda ermənilərin öldürərək girov götürdükləri Həsən Həsənovun nəşi bu gün dəfn edilib.
Həsən Həsənovun nəşi məhkəmə tibbi ekspertizasında araşdırmadan sonra bu gün ailəsinə təhvil verilib. Ailə üzvülərinin işitrakı ilə keçirlən müayəində meyitin Həsən Həsənova aid olduğu sübut olunub.
Cənazə götürülməzdən əvvəl keçirilmiş mərasimdə “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirilib. Həsən Həsənov Bakıda Binəqədi qəbristanlığlnda dəfn olunub.
Həsən Həsənovun meyiti uzunu danışıqlaradan sonra Azərbaycna iki gün əvvəl təhvil verlib. Həsən Həsənov bunadək Dağlıq Qarabağda dəfn edilmişdi. Həsən həsənovla birgə girov düşə Dilqəm Əsgərov və Şahbaz Quliyev hələ də girovluqdadırlar. (anspress.com)