Həsən Həsənovun meyiti BQXK-nın nümayəndəsinə göstərilib

media-hightechnic-468x90

ujBQXK: Saxlanılan şəxslərə baş çəkmək və meyiti qaytarmaqla bağlı müzakirələr davam etdirilir.

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) iki Azərbaycan vətəndaşının Dağlıq Qarabağda saxlanılması barədə məlumatlandırılıb.

Bu barədə  BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. İ. Hüseynova deyib ki, mediada öldürüldüyü barədə məlumat yayılan şəxsin meyiti BQXK-nın Dağlıq Qarabağdakı nümayəndəsinə göstərilib: “Həmin meyitin fotosu ailə üzvlərinə də göstərilib. Ailə üzvləri onu tanıyıblar”.

İ. Hüseynova onu da söyləyib ki, BQXK neytral vasitəçi olaraq həmin meyitin ailəsinə qaytarılmasını təklif edib. Hazırda saxlanılan şəxslərə baş çəkmək və meyiti qaytarmaqla bağlı müzakirələr davam etdirilir.

Qeyd edək ki, Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə Ermənistan silahlı qüvvələri tərəfindən saxlanılıb. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600