Həsən Ruhani: "Regionda xarici qüvvələrin iştirakı təhlükəsizliyə kömək etməyəcək"

media-hightechnic-468x90

İran İslam Respublikası Oman körfəzi, Fars körfəzi və Hörmüz boğazının beynəlxalq dənizçilik üçün etibarlı və təhlükəsiz yol olmasına çalışır.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Omanın xarici işlər naziri Yusif Bin Ələvi ilə görüşdə deyib.

H.Ruhaninin sözlərinə görə, regionda xarici qüvvələrin iştirakı təhlükəsizliyə kömək etməyəcək. O bildirib ki, xarici qüvvələrin iştirakı bölgədə gərginliyin əsas səbəbidir:

“Böyük Britaniyanın İrana məxsus neft tankerini Cəbəllütariq boğazında saxlaması qeyr-qanunidir və Britaniya üçün heç bir faydası olmayacaq”.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05