Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Həsrət”in rejissoru: "Dünyasını dəyişəndə vəsiyyət etmişdi ki…" - FOTOLAR/VİDEO

Xocalı soyqırmının ildönümündə Qarabağa həsr olunmuş film ilk dəfə nümayiş olunub.

“Həsrət” adlanan film Rüfət Şahbazovun rejissor yozumunda ərsəyə gəlib.

Rejissor filmlə bağlı Yenicag.az-a açıqlama verib:

“”Həsrət” filmi Qarabağa həsr olunb. Torpaqlarından didərgin düşən insanların ölümü həmişə məni təsirləndirib. Elə öz yaxınlarım da olub, dünyasını dəyişəndə övladına vəsiyyət edib ki, məni Qarabağda dəfn edərsiz. Bu olduqca təsiredici səhnədir. Elə bu filmi də onların xatirəsinə həsr etmişəm. Filmdə əsas rolda xalq artistləri Qurban İsmayılov, Həmidə Ömərova, həmçinin, əməkdar artistlər Elnur Kərimov, Rasim Cəfər, aktrisalar Zülfiyyə Qurbanova və Mənsurə Əhmədova çəkiliblər. Əslində biz bu filmi festival üçün nəzərdə tutmuşduq. Çəkilişlər keçən il baş tutdu. Amma qərara gəldik ki, filmi Xocalı soyqırımının ildönümündə təqdim edək”.

Qeyd edək ki, filmin ssenarisi Rüfət Şahbazova, baş prodüserliyi Amiran Babayevə məxsusdur.

Cəvahir

www.yenicag.az

1566
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100