“İnsanlar həyat tərzlərini dəyişməli və sağlam yollarla arıqlamağa çalışmalıdırlar”
Bu sözləri arıqladıcı dərmanların zərəri haqqında danışan daxili xəstəliklər üzrə mütəxəssis Nəbi Absalamov Yenicag.az-a açıqlamasında deyib:
Onun sözlərinə görə, bu tip dərman preparatlarından istifadə orqanizmdı müxtəlif fəsadların yaranmasına səbəb olur:
“Arıqlamaq məqsədilə orlistat tərkibli dərmanlardan daha çox istifadə olunur. Bu dərmanların əsas xüsusiyyəti ondan ibarətdir ki, ömründə bir dəfə belə mədəaltı vəzi xəstəliyi keçirmiş insanların həmin preparatı qəbul etməsi qadağandır.
Çox təəssüf ki, bir çox insanlar sağlamlıqlarında problem yarandığı halda həkimə müracət etmirlər. Ona görə də mədəaltı vəzi xəstəliyini keçirən insanların bu barədə anlayışı olmur. Bu səbəbdən, belə dərmanları tövsiyə edərkən bir çox nüansları nəzərə almalıyıq.
Ölümlə nəticələnə bilən belə dərmanların qəbulu hamıya məsləhət görülmür. Çox zərərli dərmandır. Yağların sorulmasının qarşısını aldığına görə insan bədənində vitaminlərin “əriməsinə” gətirib çıxararaq xəstədə narahatlıq, ishal başqa fəsadlar yaradır. Ona görə də insanlar həyat tərzlərini dəyişməli və sağlam yollarla arıqlamağa çalışmalıdırlar.”
Mütəxəssis bu tip dərmanların yan təsirindən bəhs edərək, bu preparatlar sırasında olan müəyyən iynələrin iştah hormonunu azaltdığını bildirib. Ümumdünya Səhiyyə Təşkilatı həmin dərmanların yalnız diyabet xəstələri tərəfindən istifadə olunmasını tövsiyə edir”.
İsmayıl Bakuvi
www.yenicag.az