“Həyat yoldaşım dedi, Rusiyada ailəm var”-Fotolar
Həyat hekayəsini bizimlə bölüşən bu xanımın taleyini Azərbaycanda bir çox qadın yaşayıb. Evlənəndən sonra həyat yoldaşını Azərbaycanda qoyub, özü Rusiyaya pul qazanmağa gedən və orada ailə quran ər… Cəlilabad rayonunda yaşayan bu gənc ananın dramı isə digər hekayələrdən fərqlənir.
Şahverdiyeva Vüsalə İlham qızı 1990-cı il fevralın 15-də anadan olub. Onun öz həyat hekayəsini bizə danışmaqda məqsədi isə imkanları şəxslərdən xəstə qızının müalicəsi üçün yardım almaqdır.
Vüsalə 2010-ci il martın 12-də qohumu Anarla ailə qurub: “2012-ci il yanvarın 15-də yoldaşım məni döyüb, 3 yaşlı qızım Aynurla atam evinə gətirdi. Dedi, mənim Rusiyada ailəm var. Anam polisə verdi, dava qırğınla ayrıldıq. Məhkəmə bizə 50 manat aliment kəsdi. Ögey qayınanam da mənə zülm edirdi”.
Gənc ana deyir ki, keçmiş yoldaşının valideynləri oğullarının Rusiyada ailəli olduğunu bilsə də, bunu ondan gizlətmişdilər.
Vüsalə bildirir ki, qızının başında fibroz var imiş, ancaq xeyriyyəçi insanların sayəsində müalicə olunub. İndi isə böyrəklərində soyuqdəymə və duz var. Sidik kanalı ida iltihablayıb: “Yoldaşım indi mənə yalnız 50 manat aliment verir, başqa heç cür kömək etmir. Heç uşağın xəstəliyi ilə də maraqlanmır. İndi Rusiyada Saratov şəhərində qalır. Mənimlə də məhz oradakı ailəsinə görə ayrıldı. Evli olanda da mənə, uşağa baxmırdı. Onların evində olanda da mənə valideynlərim baxırdı. Uşağa yemək ala bilmirdim. Yoldaşıma zəng vurub deyirdim ki, pul göndər, uşağa yemək alım. Deyirdi, atan baxsın. Elə vaxt olurdu ki, atam pul tapa bilməyib, borc alıb, gedib uşağa yemək alırdı. Yoldaşım evli olarkən məni döyürdü. Boşanmadan əvvəl də uşağa baxmırdı. 15 günün gəlini idim, məni burda qoyub Saratova getdi. Bir də hamiləliyimin 6-cı ayında gəldi. Evlənmədən əvvəl onun Rusiyada ailəsinin olduğunu bilmirdim. Sonra yenə getdi və bir də uşağın 1 yaşında gəldi. Qızımın 1 yaşı dekabrın 22-də oldu, yanvarın 15-də atam evinə qayıtdım”.
V.Şahverdiyeva deyir ki, keçmiş həyat yoldaşının Rusiyada evli olduğunu ona sonra qayınatası deyib: “Evlənmədən əvvəl də qayınatamgil onun Rusiyada ailəsi olduğunu bilirmiş. Məni aldadıblar. Qayınatam mənə deyirdi ki, yoldaşım məni özüylə Rusiyaya aparacaq.
V.Şahverdiyevanın sosial yardım almaq problemi həll olunub, indi ümidi uşağının sağalmasınadır: “Uşağa yardım edilməsi üçün ölkə rəhbərliyinə müraciət etdim. Hələ cavab verilməyib, gözləyirəm. Sosial yardım da ala bilmirdim. 200 manat pul istəyirdilər. Saytlarda bu haqda məlumat yayılandan sonra nazirlikdən zəng vurub dedilər ki, sizin işiniz düzələcək. Qızımın müalicəsi üçün yenidən kömək istəyirəm”.
Bu balaca qızcığaza və biçarə anaya yardım etmək istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilərlər
Əlaqə telefonu: 0706146105 ”