!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Heydər Əliyev adını türk dünyasının unudulmaz liderləri sırasına yazdırdı" - Hüseyin Altınalan

!Reklam – Yazi

“Ömrünü vətənini sevməyə həsr etməklə çətin anlarda məsuliyyəti öz üzərinə götürən unudulmaz dövlət xadimi Heydər Əliyev rəhbərlik etdiyi dövrdə Azərbaycanda sabitliyi təmin etdi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında 15 İyun Milli Qurtuluş Günü ilə bağlı fikirlərini bölüşən Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan səsləndirib.

Hüseyin Altınalan Heydər Əliyevin adını türk dünyasının liderləri sırasına yazdırdığını qeyd edib:

Heydə Əliyev Azərbaycanda sosial və mədəni inkişafı sürətləndirərək ölkəsinin yeraltı sərvətlərini aktivləşdirməklə iqtisadi inkişafa start verdi. Neft şirkətləri ilə əsrin müqavilələrini bağlayan Heydər Əliyev adını türk dünyasının unudulmaz liderləri sırasına yazdırdı.

Türkiyə və Azərbaycan üçün söylədiyi və prinsip olaraq mənimsətdiyi bu sözləri hər zaman dillər əzbəri olacaq: Bir millət, iki dövlət…

Azərbaycan üçün çox vacib bir strategiya qoyub gedən ümummilli liderin hakimiyyətə gəlişinin ildönümü – Milli Qurtuluş Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, ölkənin müstəqilliyinin əbədi və sarsılmaz olmasını arzu edirəm. Bayramınız mübarək!”

www.yenicag.az

808
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv