“Heydər Əliyev lektoriyası”nın 62-ci məşğələsi keçirildi

media-hightechnic-468x90

1414421276989661200_600x400Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti Azərbaycanla məhdudlaşmayıb bütövlükdə türk dünyasını əhatə edib.

Bu fikirlər oktyabrın 27-də AMEA Naxçıvan Bölməsində keçirilən “Heydər Əliyev lektoriyası”nın 62-ci məşğələsində səsləndirilib.

Lektoriyada çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətində türk dünyasına xüsusi əhəmiyyət verdiyini qeyd edib.

İ.Hacıyev bildirib ki, Ulu Öndərin türk dünyası ilə bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar elmi-nəzəri mükəmməlliyi ilə yanaşı, praktiki perspektivliyi ilə də böyük tarixi əhəmiyyət daşıyır.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru Əbülfəz Quliyev “Heydər Əliyevin siyasi fəaliyyətində türk dünyası məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirdi ki, Ümummilli Lider türk birliyinin möhkəmləndirilməsində, inkişaf etməsində Türkiyə Cümhuriyyətinin rolunu həmişə yüksək qiymətləndirib, cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün fəaliyyətini dönə-dönə dəyərləndirib, onu XX əsrin bəşəriyyətə verdiyi böyük dühalardan sayıb.

Digər çıxış edənlər də ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətində türk dünyasının yeri barədə ətraflı söhbət açdılar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600