Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Heydər Əliyevlə Rəsulzadədən sonra Elçibəy gəmisi... - Mənsimovdan yaxşı nümunə

Reklam: Sinerji Pro

“Əbülfəz Elçibəyin doğum günündə bizim yeni gəmilərimizdən biri bu böyük şəxsiyyətin adını daşıyacaq”.

Yenicag.az xəbər verir ki, “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov özünün “Facebook” səhifəsində Azərbaycanın 20-ci əsrdə yetişdirdiyi üç dahi şəxsiyyət – Məhəmməd Əmin Rəsulzadə, Heydər Əliyev və Əbülfəz Elçibəylə bağlı status paylaşıb.

Mənsimov bu üş şəxsiyyətin qarşı-qarşıya qoyularaq, müqayisə edilmələrinin yolverilməz olduğunu yazıb:
“Bir liderin böyüklüyü inancının dərinliyi, hədəflərinin yüksəkliyi, dünyagörüşünün genişliyi və sevgisinin məsafəsi ilə ölçülür. Uca Allah sadəcə, 20-ci əsrdə üç böyük lider qismət etdi: Məhəmməd Əmin Rəsulzadə, Heydər Əliyev və Əbülfəz Elçibəy. Bəzi cahillər bunların müqayisəsini aparırlar. Halbuki, bu üç şəxsiyyətin missiyaları başqa olsa da, hər üçü müasir Azərbaycan dövlətinin təməlini atan kişilərdir.

Məhəmməd Əmin Rəsulzadə üç rəngli bayraqla şərqdə ilk respublikanın təməlini ataraq, içimizdə bir azadlıq məşəli yandırdı. 70 il Sovet zülmü repressiyalara rəğmən, bu məşəli söndürə bilmədi və əsrin sonlarına yaxın Əbülfəz Elçibəy çıxdı və bir kərə yüksələn bayrağı əbədiyyətə qədər göylərdə dalğalandırmaq qərarını verdi. Milli Azadlıq Hərəkatı məhz onun liderliyi ilə Azərbaycanın qolundakı buxovları qırdı.

Bu günə qədər digər postsovet ölkələrində qalan rus qoşunlarını ölkəmizdən çıxararaq, həqiqi suverenliyimizə qovuşdurdu. Test islahatı keçirərək, varlı balaları ilə yanaşı kasıbların da üzünə ali məktəbləri açıq elan etdi. Bütün bu uğurların bir bədəli olacaqdı? Məhz o bədəli milləti deyil, özü çəksin deyə, Azərbaycanı Heydər Əliyevə əmanət edərək, getdi. Çünki bu axının qarşısında kimin duruş gətirəcəyini bilirdi.

Yəni, bu üç şəxsiyyəti bir-birindən ayırmaq olmaz. Çünki hər üçü bir-birini tamamlayır. Yetər ki, bəsirət gözünlə görəsən. Biz də Cümhuriyyətimizin 100 illiyi ilə bağlı yeni gəmimizin adını Məhəmməd Əmin Rəsulzadə qoyduğumuzu bildirmişdik. Eyni zamanda 2004-cü ildən etibarən, “Heydər Əliyev” gəmimiz dünya sularında üzməkdədir.

Hər üç şəxsiyyət bizim üçün əziz olduğundan Əbülfəz Elçibəyi də unutmamağa və unutdurmamağa qərar verdik. Bu ilin aprel ayında, bizim yeni gəmilərimizdən biri bu böyük şəxsiyyətin adını daşıyacaq. Beləliklə, 20-ci əsrdə yaşamış hər üç şəxsiyyətin adını daşıyan gəmilərimiz dünya sularında üzəcəklər.

Mustafa Kamal Atatürk deyirdi ki, tarix yazmaq tarixi yaratmaq qədər mühümdür. Bu baxımdan yazanlar yaradanlara sadiq qalmalı, nə kimsənin rolunu azaltmalı, nə də artırmalıdırlar. Tarixə sayğı gələcəyə yatırımdır. Tarixi olmayanın gələcəyi də olmaz…”

www.yenicag.az

10178
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM