Həyətində qədim dövrə mədəniyyət nümunələri tapılıb-Foto

media-hightechnic-468x90

d222f25b1f4b401c7cfd1aeb2bcf505aCəlilabadda qədim dövrə aid qiymətli maddi-mədəniyyət nümunələri aşkarlanıb.

Rayonun Abışabad kənd sakini Qalib Bağışov həyətyanı sahədə təsərrüfat işləri ilə məşğul olarkən torpağın altından saxsı parçaları üzə çıxıb. Ərazinin tarixi məkan olduğunu fikirləşən Q.Bağışov əvvəlcə tapıntı barədə kənd məktəbinin tarix müəllimlərini məlumatlandırıb. Daha sonra isə paytaxtın arxeoloq-tədqiqatçıları işə cəlb olunub.

Aparılan qazıntı işləri zamanı sözü gedən ərazidə eramızdan əvvəl III əsrə aid olduğu ehtimal olunan 2 küp qəbir aşkar olunub. Qəbirlərdə insan sümükləri ilə yanaşı, tuncdan hazırlanmış 1 ədəd maral başı, 1 ədəd xəncər və qiymətli daşlardan hazırlanmış qırmızı rəngli boyunbağı tapılıb.

Qeyd edək ki, bir neçə il öncə də ərazidə qədim dövrə aid qiymətli maddi-mədəniyyət nümunələri aşkar edilib. Ərazinin relyef baxımdan nisbətən dayaz yerdə yerləşməsi onu deməyə əsas verir ki, burada qədim zamanlarda çay sahilində yaşayış məskəni mövcud olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600