Hidayət Heydərov: “Bütün hazırlıqlarımız Bakıdakı dünya çempionatına yönəlib”

media-hightechnic-468x90

Azərbaycan cüdoçularının bütün hazırlıqları Bakıdakı dünya çempionatına yönəlib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə olimpiya çempionu Hidayət Heydərov (73 kq) açıqlama verib.

O, doğma azarkeşlər önündəki yarışda layiqli nəticə qazanacaqlarına inandığını söyləyib:

“Tbilisidəki Avropa çempionatını geridə qoymuşuq. Bütün hazırlıqlar Bakıdakı dünya çempionatına yönəlib. Heyətimizə güvənirik. İnanırıq ki, bütün təmsilçilərimiz Azərbaycanı həmin mundialda layiqincə təmsil edəcəklər”.

H.Heydərov mətbuata çox açıqlama vermək istəmədiyini də söyləyib:

“Yanlış anlaşılmasını istəmirəm, lakin müsahibə verməyi çox xoşlamıram. Bu mənim şəxsi fikrimdir. Bu səbəbdən çox danışmıram”.

Xatırladaq ki, Hidayət Heydərov ötən ay Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş Avropa çempionatında gümüş medal qazanıb./Report/

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05