Hidayət Heydərov dünya çempionatında mübarizəyə başlayır
Yenicag.az xəbər verir ki, üçüncü yarış günündə Fidan Əlizadə (57 kq), olimpiya, dünya, Avropa çempionu Hidayət Heydərov və Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) tatami üzərinə çıxacaqlar.
Fidan Əlizadə Mariya Perişiçin (Serbiya) müqavimətini qırmağa çalışacaq. H.Heydərov Otari Kvantidze (Portuqaliya ) ilə üz-üzə gələcək. Rəşid Məmmədəliyev isə Kazbek Naquçev (BƏƏ) / Covanni Espozito (İtaliya) cütünün qalibi ilə münasibətlərinə aydınlıq gətirəcək. Hər üç idmançı mübarizəyə 1/16 final mərhələsindən start verəcək.
Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq. Cüdoçularımız medal əldə etməyiblər.