Hikmət Babaoğlu: “ABŞ-Azərbaycan münasibətlərində heç vaxt belə tarixi sənəd olmayıb”

media-hightechnic-468x90

“İmzalanmış sənəddə əksini tapan bütün məsələlərin praktik müstəvidə həyata keçirilməsi üçün real imkanlar yaranacaq”.

media-banner_tuq

Bunu Yenicag.aza açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

media-hikmet-babaoglu

O, ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri, Prezident İlham Əliyev ilə keçirdiyi səmimi görüş və bu təmasların yaxın perspektiv üçün mühüm nəticələrindən danışıb.

Deputat bildirib ki, Vensin Azərbaycana səfəri tarixi hadisə kimi yadda qaldı:

“Səfər zamanı iki ölkə arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalandı. Bu, ABŞ-Azərbaycan münasibətlərində tamamilə yeni hüquqi, siyasi və strateji mərhələ yaratmış oldu. Azərbaycan-ABŞ münasibətlərində heç vaxt belə tarixi sənəd olmayıb. Diqqət etsək görərik ki, xartiyada çox mühüm əməkdaşlıq istiqamətləri nəzərdə tutulur. Həmin xartiya təhlükəsizlik, terrora qarşı mübarizə, minalardan təmizləmə, ticarətin dərinləşməsi, süni intellekt və mülki nüvə sahəsində əməkdaşlığı əhatə edir.

Sadalanan istiqamətlər iki ölkə arasında münasibətlərin ən qısa müddətdə çox yüksək səviyyəyə çatdırılması üçün baza yaradır. Ona görə də hesab edirəm ki, burada bir məsələnin üzərində ayrıca dayanmalıyıq. Söhbət Azərbaycanın quru sərhədləri, xüsusilə də Azərbaycanla Naxçıvan arasında quru yolla maneəsiz əlaqənin təmin olunmasından gedir. Bu məsələnin xartiyada öz əksini tapması uzun müddətdir müzakirə etdiyimiz Naxçıvana maneəsiz gediş-gəliş mandatı kimi də qəbul oluna bilər.

Düşünürəm ki, xartiya imzalandıqdan dərhal sonra sənədin müvafiq müddəalarının icrası üçün hər iki tərəfdən işçi qrupunun yaradılması nəzərdə tutulmalıdır. Bu isə imzalanmış sənəddə əksini tapan bütün məsələlərin praktik müstəvidə həyata keçirilməsi üçün real imkanlar yaradacaq”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05