!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hindistanda Azərbaycanın Zəfər Günü ilə bağlı tədbir keçiriləcək

!Reklam – Yazi

Milli Məclisin deputatı, parlamentin Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Naqif Həmzəyev oktyabrın 28-dən 31-nə kimi Hindistanın Nyu Dehli şəhərində səfərdə olacaq.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən məlumatda bildirilib ki, deputat Azərbaycan Respublikasının Hindistandakı səfirliyi və Hindistan Gənc Liderlər Konfederasiyasının birgə təşkilatçılığı ilə təşkil olunan, Azərbaycanın Müstəqilliyinin bərpasının 30 illiyinə və Vətən müharibəsində Qələbəsinin ildönümünə həsr edilmiş tədbirə qatılacaq. Oktyabrın 29-da keçiriləcək tədbirdə Hindistanın dövlət qurumları, parlament üzvləri, ictimai fəallar və KİV nümayəndələri iştirak edəcək.

Səfər çərçivəsində Naqif Həmzəyevin Hindistan parlamentində bir sıra görüşləri də nəzərdə tutulur.

www.yenicag.az

277
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv