Hindli Azərbaycanda film çəkəcək-Foto

media-hightechnic-468x90

img1816716Bollivudun tanınmış rejissoru Priyadarşan ilk dəfə Bakıda film çəkəcək. Bu barədə bu gün BMM-də keçirilən mətbuat konfransında bildirilib. Tədbirdə çıxış edən “MR-Pictures Pro” şirkətinin rəhbəri Rauf Mehdiyev yaradıcı heyət və layihə haqqında məlumat verib.

Daha sonra çıxış üçün söz Bollivudun tanınmış rejissoru Priyadarşana verilib. O, bildirib ki, yeni layihə Azərbaycan və Hindistan arasında mədəni əlaqələrin inkişafına təkan verəcək:

“Ölkələr arasında mədəni əlaqələrin inkişafında bu film vasitə olacaq. Hazırda Hindistanda ildə 600 film çəkilir. Bu dünyada ilk böyük göstəricidir. Bu ilk filmdir ki, mən onu məkan olaraq Hindistandan kənarda çəkirəm. İnanıram ki, film azərbaycanlı tamaşaçıların xoşuna gələcək. Çünki yeni ekran əsərində həm Azərbaycanın, həm də Hindistanın məşhur aktyorları rol alıb”.Rejissor bildirib ki, bu təşəbbüsün əsas məqsədi Azərbaycanı dünyaya tanıtmaq, tarixi və mədəniyyəti ilə bağlı geniş məlumatlar yaymaqdır.

Filmdə rol alan xalq artisti Amaliya Pənahova layihənin uzun müddətli sövdələşmədən sonra baş tutduğunu bildirib. O, Hindistanın “Full House” kino şirkəti, Azərbaycanın “MR-Pictures Pro” və “Amal Film Production”un birgə reallaşdırdığı layih nəticəsində Azərbaycan və Hindistan arasında mədəni əlaqələrinin daha da inkişaf edəcəyini qeyd edib:
“Sözü gedən layihə gələcəkdə kino və incəsənət sahəsində müxtəlif təşəbbüslərin reallaşdırılmasına zəmin yaradacaq, təcrübə mübadiləsi üçün imkanlar açacaq”.
Tədbirdə filmdə rol alan xalq artistləri Rasim Balayev, Həmidə Ömərova, əməkdar artist Füzuli Hüseynov, həmçinin ekran işinin prodüsseri, “Full House” kino şirkətinin baş direktoru Ceyson Pulikotil, həmçinin Dia Ke Soun, iştirak ediblər.
Qeyd edək ki, adı çəkilən layihə Azərbaycanla Hindistan arasında gercəkləşəcək ilk kinolayihədir. Triller janrında olacaq tammetrajlı bədii filmdə baş rolu Hindistanın tanınmış kino aktyoru Mohanlal Vişvanatan Nair oynayacaq. Ekran işində həmçinin Aparna Nair və Sabu Siril çəkiləcək.
Hindistan tərəfindən 20-yə yaxın kino işçisinin cəlb olunacağı filmdə həm də azərbaycanlı aktyorlar – xalq artistləri Amaliya Pənahova, Həmidə Ömərova, Rasim Balayev və əməkdar artist Fizuli Hüseynov rol alacaq. Çəkilişlər paytaxt Bakıda, həmçinin Azərbaycanın müxtəlif bölgələrində aparılacaq.
Qeyd edək ki, Priyadarşan filmoqrafiyası olduqca zəngindir. Rejissor Bollivud tarixində 2-ci ən çox film çəkən rejissordur. “Kanchivaram” filminə görə Hindistanın prezidenti tərəfindən iki dəfə ölkənin milli mukafatına layiq görülüb. Film sahəsindəki xidmətlərinə görə ölkəsinin müxtəlif ali mükafatlarını alan rejissor, həm də dövlət tərəfindən təsis edilən mülki “Padmashri” ödülü ilə mükafatlandırılıb. Fimoqrafiyası 89 filmlə zəngin olan Priyadarşan həm də müxtəlif ölkələrdə 168-dən çox reklam çarxını çəkib. Onun filmlərində hind kinosunun canlı əfsanəsi Amitabx Baççan, Şahrux Xan, Anil Kapur, Akşay Kumar, Acay Devqan və Salman Xan kimi dünyada məşhur aktyorlar rol alıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600