Bu gün özünü aktyor sayan bir qrup qeyri-peşəkar meydan sulayır.
Çəkdikləri də “hırıltı”, söyüş və “qurşaqdan aşağı zarafat”dan o yana keçmir. Təki tamaşaçı gülsün, təki bunları alqışlasınlar. Xalq da elə bilir ki, əsl aktyorlar elə bunlardan, əsl kino bunların çəkdiklərindən ibarətdir. Peşəkarlar isə qalıb qıraqda. Onlar illərdir ki, kinoya çəkiləcəkləri günü gözləyə-gözləyə qocalırlar.
Bakı Bələdiyyə Teatrının aktyoru Elxan Rza da Yenicag.az-a açıqlamasında kino sənətinin tənəzzülə doğru getdiyi bir dönəmdə barmaqla sayılacaq qədər az qalan, kino üçün burunlarının ucu göynəyən məşhur aktyorlarımızdan danışıb.
“Nə qədər bu insanlar sağdır, onların qəbrini bilmək lazımdır. Sabah onlar həyatda olmayanda, biz aktyorlar meydanda tək qalacağıq”, – deyə Elxan Rza kino cameəsinə çağırış edib.
Videonu təqdim edirik:
Cəvahir
www.yenicag.az