“Hizbullah” İsraildən intiqam alacaq”- Fazil Mustafa
İsrail hərbi qüvvələrinin Hizbullaha aid avtomobili vurması Yaxın Şərqdəki vəziyyəti daha da gərginləşdirib. Üstəlik, avtomobildə olan İranın hərbi komandirlərindən birinin öldürülməsi sözügedən ölkənin dərin hiddətinə səbəb olub.
Mİllət vəkili Fazil Mustafa Yenicag.az-a açıqlamasında məsələni belə şərh edib:“İsraillə Hizbullah arasında gizli mübarizə hələ də səngiməyib. Bu əslində İranın bölgədə gücünü möhkəmlətmək üçün düşünülən aksiyalardan biridir. Hizbullahın əsas adamlarının hədəf alınması onu göstərir ki, İsrailə qarşı da cavab tədbirləri həyata keçiriləcək. Bölgədə barış perspektivləri demək olar ki, ortadan qalxıb”.
Kamran/Yenicag.az