“Hizbullahın silahı liderlərini belə qoruya bilmədi” – Livanın baş nazirindən İrana sərt reaksiya

media-hightechnic-468x90

 

Livanın baş naziri Nəvaf Salam bu gün bəyan edib ki, “Hizbullahın silahı nə partiyanın rəhbərlərini, nə livanlıları, nə də onların mülklərini qorudu, həmçinin Qəzzaya da qələbə gətirmədi”.

O vurğulayıb ki, “Livan birtərəfli şəkildə davam edən bir yıpratma müharibəsinin içindədir və bu müharibə getdikcə genişlənir. Ərəb və xarici nümayəndələrin gəlib təhlükə zəngini çalmasına ehtiyac yoxdur. Bununla belə, mənzərəni tamamilə qaranlıq adlandırmaq olmaz — ölkədə etimadın yenidən bərpasına işarə edən başqa proseslər də baş verir”.

Salam qeyd edib ki, “Silahların məhdudlaşdırılması prosesinə dair vaxt çərçivəsini biz özümüz müəyyənləşdirmişik. Birinci mərhələ ilin sonuna qədər başa çatmalıdır və bu mərhələ Litani çayının cənubunu əhatə edir; həmin bölgədə silah və hərbi infrastruktur aradan qaldırılmalıdır. Litaninin şimalında isə bu mərhələdə “silahı nəzarət altına alma” prinsipi tətbiq olunmalıdır — yəni silahın daşınması və ondan istifadə edilməsinin qarşısı alınmalıdır. Daha sonra bütün bölgələrdə silahın məhdudlaşdırılması ilə bağlı digər mərhələlərə keçiləcək”.

Baş nazir təsdiqləyib ki, “Livan silahların məhdudlaşdırılması və dövlətin hakimiyyətinin tam şəkildə tətbiqi məsələsində ləngiyib, halbuki bunu Taif razılaşması açıq şəkildə nəzərdə tutur”. O əlavə edib ki, *“müqavimət cənubun azad edilməsində mühüm rol oynayıb və bu prosesdə Hizbullahın əsas rolu olub”.

Baş nazir partiyanın (Hizbullahın) silahına dair “Hizbullah narrativini” sərt şəkildə tənqid edərək deyib:

“Partiya iddia edir ki, onun silahı təcavüzün qarşısını alır. Halbuki düşmən hücum etdi və bu silah onun qarşısını ala bilmədi. Bu silah nə partiyanın rəhbərlərini, nə livanlıları, nə də onların mülklərini qorudu. Bunun sübutu isə yerlə-yeksan edilmiş onlarla kənddir”.

O, “Hizbullahın silahı hazırkı İsrail hücumlarının qarşısını almağa qadirdirmi?” sualını verib və ardınca belə davam edib: “Bu silah nə qarşısını aldı, nə qorudu, nə də Qəzzəyə qələbə gətirdi. Biz 2006-cı ildə 1701 saylı qətnaməni tam tətbiq etmədik. Xatırlatmaq lazımdır ki, düşmənçilik əməliyyatlarının dayandırılması barədə razılaşmanın giriş hissəsində silah daşıya biləcək altı tərəf açıq şəkildə müəyyən olunub”.

Xameneinin müşavirinin bəyanatına dair suala cavab olaraq baş nazir Salam deyib ki, “bu məsələ onu maraqlandırmır; onu bu gün ən çox düşündürən iqtisadiyyat və məşğulluq imkanlarını artıracaq iqtisadi dinamikanın başlamasıdır”. Bu kontekstdə o vurğulayıb ki, “maliyyə boşluğu haqqında qanunun qəbul edilməsi və bank sektorundakı vəziyyətin həll olunması vacibdir ki, əmanətlər geri qaytarıla bilsin”.

Qeyd edək ki, İran mediası bundan əvvəl İranın ali lideri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayətinin belə bir açıqlamasını yayıb ki, Hizbullahın mövcudluğu bu gün Livan üçün vazkeçilməzdir: “Hizbullahın mövcudluğu Livan üçün artıq gündəlik çörəkdən də vacibdir”.

Vilayəti daha sonra bildirib ki,“sionist rejimin atəşkəsi pozması, Hizbullahın silahsızlaşdırılmasının Livan üçün necə fəlakətli nəticələr doğuracağını hamıya göstərdi”. O təsdiqləyib ki, “İran Hizbullahı və müqavimət cəbhəsini dəstəkləyib və dəstəkləməyə davam edəcək”.

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa