Hollivud ulduzlarının yaşadığı ilk mənzillər: "Şəraitsiz, kiçik və ucuz olan..." - ARAŞDIRMA/FOTO

media-hightechnic-468x90

Dünya ulduzlarının populyarlaşmadan öncəki həyatı həmişə maraq dairəsində olub.

Bəs hər kəsin tanıdığı sənət adamlarının ilk yaşadığı evlər necə olub?

Yenicag.az dünyaca məşhur sənətçilərin məşhurluqdan öncə və hal-hazırda yaşadıqları evləri təqdim edir.

Hal-hazırda dünyanın ən çox qazanan repçilərindən biri olan Eminemin ilk yaşadığı mənzil bir “daxma”nı xatırladır.

Geniş ailə tərkibi ilə böyüyən məşhur müğənni Rihanna illər əvvəl sıradan və çox kiçik həyəti olan bir evdə yaşayıb.

Gənc və parlaq ifaçı Selena Qomez digər həmkarlarından fərqli olaraq, o qədər də şəraitsiz evdə yaşamayıb. Hal-hazırda yaşadığı malikanə isə milyonlarla dollar dəyərə malikdir.

Film sektorunun ulduzlarından biri olan Kris Prattın evi belə olmayıb. O, illərlə kiçik bir karavanda yaşayıb.

ABŞ-nin ən məşhur aparıcılarından biri olan Cimmi Fallonun ilk yaşadığı mənzil isə zəif təmirə və dizayna sahib olub.

Şahanə Paşa

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600