Horadiz-Ağbənd dəmir yolunun istifadəyə veriləcəyi tarix AÇIQLANDI

media-hightechnic-468x90

Horadiz-Ağbənd dəmir yolunun 2023-cü ilin birinci rübündə istifadəyə verilməsi gözlənilir.

Yenicag.az xəbər verir ki, bunu ADY-nin sədri Cavid Qurbanov deyib.

O bildirib ki, işləri 2022-ci ilin sonuna kimi yekunlaşdırmağa çalışacaqlar.

“40 kilometr torpaq yatağı hazırdır. Yaxın vaxtlarda yolun üst qatını düzməyə başlayacağıq. Tunel və körpü işləri gedir. Yol 11 kilometr uzanıb. Minaların təmizlənməsi işləri də gedir. Bu ilin sonuna qədər yəqin ki, 50 kilometrdə işlər yekunlaşacaq”, – deyə C.Qurbanov qeyd edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600