Hörmüz və Əhrimən: Dünya iqtisadi və enerji böhranının astanasında

media-hightechnic-468x90

“Beynəlxalq sistem yenidən sərtləşir. Diplomatiya geri çəkildikcə güc siyasəti daha görünən hala gəlir. Donald Tramp tərəfindən verilən bəyanatlar yalnız İrana qarşı bir təzyiq deyil, eyni zamanda, bütün dünyaya yönəlmiş sərt bir güc mesajı xarakteri daşıyır”.

media-banner_tuq

Bu fikirləri İslamabadda keçirilən ABŞ-İran danışıqlarının nəticəsiz başa çatması fonunda regionun gələcəyi ilə bağlı proqnozlarını bölüşən Yaxın Şərq üzrə mütəxəssis, qlobal müdafiə yazarı Eylem Okumuş Yenicag.az-a açıqlamasında səsləndirib.media-d15c7480-7adc-41c0-9981-babc05fcd107

E. Okumuş bildirib ki, Hörmüz boğazı bu gərginliyin mərkəzində duran ən kritik nöqtədir:

“Bura yalnız bir su yolu deyil, qlobal enerji axınının ən həssas damarlarından biridir. Burada yaşanacaq ən kiçik hərbi və ya siyasi gərginlik belə neft qiymətlərindən tədarük zəncirlərinə qədər geniş sahəyə birbaşa təsir göstərə biləcək potensiala malikdir. Bu səbəbdən bölgə yalnız regional deyil, qlobal bir təzyiq sahəsinə çevrilmiş durumdadır.

ABŞ-nin son dövrdəki sərt ritorikası klassik sanksiya dilini aşmış vəziyyətdədir. Artıq yalnız iqtisadi təzyiq deyil, dəniz hərəkətliliyinə müdaxilə ehtimalı, keçid nəzarəti və hərbi çəkindirmənin artırılması kimi başlıqlar açıq şəkildə danışılır. Bu vəziyyət beynəlxalq hüquq ilə faktiki güc tətbiqi arasındakı xətti getdikcə daha qeyri-müəyyən hala gətirir”.

Mütəxəssisin spzlərinə görə, İran tərəfi bu təzyiqi xarici siyasət məsələsi deyil, birbaşa suverenlik və varlıq məsələsi kimi görür:

“Bu səbəbdən geri addım ehtimalı zəifləyir və cavab dili daha sərt bir müstəviyə keçir. Beləliklə, böhran iki tərəf arasında qarşılıqlı olaraq qidalanan bir gərginləşmə döngəsinə girir. Dünya isə bu prosesi yalnız izləmir, eyni zamanda, birbaşa hiss edir. Avropa enerji təhlükəsizliyi baxımından kövrək, Asiya istehsal zəncirləri baxımından həssas, inkişaf etməkdə olan iqtisadiyyatlar isə qiymət şoklarına açıq vəziyyətdədir”.

“Keçmişdə yaşanan bənzər böhranlar bu növ gərginliklərin necə nəticələr doğura biləcəyini açıq şəkildə göstərir. 1973-cü il neft böhranı zamanı enerji embarqosu və siyasi gərginlik birləşmiş, neft qiymətləri sürətlə yüksəlmiş və Qərb iqtisadiyyatları ciddi bir resessiya ilə qarşı-qarşıya qalmışdı. Bu proses enerji asılılığının qlobal miqyasda nə qədər kritik zəiflik olduğunu ortaya qoymuşdu.

1980-ci illərdə İran-İraq müharibəsi zamanı yaşanan və “Tanker müharibəsi” kimi tanınan dövrdə isə neft tankerləri hədəf alınmış, bölgəyə xarici güclər birbaşa müdaxilə etmişdi. Bu vəziyyət Fars körfəzində dəniz təhlükəsizliyini qlobal böhran halına gətirmiş və enerji axınını birbaşa təhdid edən mühit yaratmışdı.

2003-cü il İraq müharibəsi isə fərqli bir ölçü ortaya qoymuş, müdaxilədən sonra regional nizam çökmüş, uzunmüddətli qeyri-sabitlik və güc boşluğu yaranmışdı. Bu boşluq yeni münaqişə sahələrini və qalıcı təhlükəsizlik problemlərini özü ilə gətirmişdi.

Daha yaxın dövrdə, 2019-cu il Körfəz gərginliyində tanker hücumları və artan gərginlik hərbi münaqişəyə çevrilməsə də, enerji bazarlarında sərt dalğalanmalara yol açmış, iqtisadi təzyiqin qalıcı olmasına səbəb olmuşdu”, –  E. Okumuş tarixdən misallar gətirib.

O qeyd eidb ki, enerji xətləri, hərbi təzyiq və qarşılıqlı təhdid birləşdikdə proseslər çox vaxt nəzarət altında qalmır:

“Qısamüddətli perspektivdə “idarə oluna bilən böhran” kimi görünən vəziyyətlər zamanla daha geniş və proqnozlaşdırıla bilməyən nəticələr doğurur.

Bugünkü mənzərə də eyni struktur zəminə söykənir. Enerji keçid nöqtəsi kritikdir, hərbi mövcudluq intensivdir və ritorika getdikcə sərtləşir. Bu üç ünsür bir araya gəldikdə tarixən ortaya çıxan nəticə, adətən, sabitlik deyil, artan kövrəklik olub.

Nəticə dəyişmir: Keçmiş təcrübələr göstərir ki, bu növ yüksək gərginliklərdə nəzarət qavrayışı çox vaxt keçicidir və sistem bir nöqtədən sonra aktorların niyyətindən asılı olmayaraq işləməyə başlayır”.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05