Huntelar Qalatasaraya gəlir
“Qalatasaray” qış transfer pəncərəsi zamanı heyətini ulduz futbolçuyla gücləndirəcək.
“Şalke”nin forvardı Klaas-Yan Huntelar yanvarda “cim-bom”a keçməyə çox yaxındı.
“Sarı-qırmızılılar” hücum xəttindəki problemi holland futbolçuyla aradan qaldırmağa çalışacaq. Huntelar bu barədə açıqlama verməkdən yayınsa da, xəbəri təsdiqləyib və hər şeyin “Şalke”dən asılı olduğunu bildirib.
Futbolçunun mövsümün sonuna qədər Helzenkirhen klubuyla müqaviləsi olduğundan “Qalatasaray” rəhbərliyi təcrübəli oyunçuya görə qarşı tərəfə pul ödəməyə də hazırdı. (xezerxeber.com)