“Məhz Fərman Salmanovun kəşfləri sayəsində Rusiya dünyanın əsas neft dövlətlərindən birinə çevrilib”.
Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Rusiya Federasiya Şurasının üzvü Lyudmila Narusovanın Surqut aeroportuna dünya şöhrətli geoloq, Sibir neftini kəşf edən Fərman Salmanovun adının verilməsinə yönəlik şovinist fikirlərinə münasibət bildirən tuvalı tanınmış hüquq müdafiəçisi Oyuma Donqak deyib.
Oyuma Donqakın sözlərinə görə, Narusovanın həmin fikirləri Tuva əhalisi tərəfindən də hiddətlə qarşılanıb:
“Rusiyada regionların “böyük”lüyü adətən, əhalinin sayı və inkişaf göstəriciləri ilə ölçülür. Tuvanın ərazisi 168 min kvadrat kilometr olsa da, əhalisinin sayı cəmi 321 min nəfərdir.
Senator Lyudmila Narusovaya gəldikdə isə onun Tuva ilə nə hər hansı bağlılığı, nə də respublikamız qarşısında xidməti yoxdur. Onun məlum fikirləri ilə tanışam. Baxın, həmin ksenofob-senator Fərman Salmanovun 150-dən artıq neft yatağını kəşf etdiyi Sibir milli regionunun təmsilçisidir.
Tarix elmləri namizədi olan Narusova bilmir ki, Rusiya kimin sayəsində aparıcı neft dövlətlərindən birinə çevrilib? Görün, o cür nankor adam bizi Rusiya Federasiya Şurasında təmsil edir”.
Tuva sakinləri də sosial şəbəkələrdə Narusovanın o fikirlərinə sərt münasibət bildiriblər: “Narusovanın Tuva ilə bağlılığı respublika rəhbərliyi ilə ünsiyyətdən ibarətdir”.
Qafqaz Ömərov
www.yenicag.az