!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hüquq-mühafizə orqanları, icra hakimiyyəti əməkdaşlarına təlim keçirilib

!Reklam – Yazi

Telim-SAW-2“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi və “Konstitusiya” Araşdırmalar Fondunun Avopa İttifaqının dəstəyi ilə icra etdikləri “Məişət zorakılığının aradan qaldırılması üçün tədbirlərin görülməsi” layihəsi çərçivəsində Yevlax şəhərində və Bərdə rayonunda, hər birində 3 gün olmaqla hüquq-mühafizə, ədliyyə orqanları, yerli icra hakimiyyəti əməkdaşları və məhkəmə işçiləri üçün təlim keçirilib.

15 saatlıq təlim kursu “Gender bərabərliyi və məişət zorakılığı anlayışı”, “Azərbaycanda məişət zorakılığına dair qanunvericilik”, “Məişət zorakılığı hallarında ilkin müdaxilə”, “İnzibati Xətalar Məcəlləsi və məişət zorakılığı halları”, “Cinayət Məcəlləsi və məişət zorakılığı halları” mövzularını əhatə edib. Layihə çərçivəsində təlimlərin keçirilməsi üçün bu mövzuları əhatə edən 5 təlim modulu hazırlanıb. Bu modulların daxil olduğu təlim vəsaiti iştirakçılara paylanıb.

Təlimlər yerli polis, prokurorluq, məhkəmə, ədliyyə və icra hakimiyyəti orqanları əməkdaşlarında məişət zorakılığının əsas səbəbləri və gender bərabərliyi konsepsiyası, zorakılıqdan zərər çəkən şəxsləri müdafiəsi, məişət zorakılığı cinayətlərinin araşdırılması zamanı qanunvericiliyin tətbiqi haqqında daha dərin anlayışın formalaşdırılması məqsədilə keçirilib.

Təlimlərin məqsədlərindən biri də, hüquq-mühafizə və ədliyyə orqanları əməkdaşlarını milli və beynəlxalq qanunvericilikdə məişət zorakılığına, xüsusən də ailə daxilində qadınlara qarşı baş vermiş zorakılıq hallarında müdaxiləyə dair müddəalarla tanış etmək olub.

Təlimlər zamanı məişət zorakılığı halları baş verərkən ilk müdaxiləni həyata keçirən yerli, polis, prokurorluq, məhkəmə, icra hakimiyyəti əməkdaşlarının effektiv müdaxilə etmək, qurbanların müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi, zərərverən şəxsin qanun qarşısnda cavabdeh saxlanılması sahəsində bacarıqlarının artırılması üçün praktik məşğələlər də keçirilib. Eyni zamana təlim iştirakçıları öz bilik və bacarqılarını yoxlamaq məqsədilə test suallarına da cavab veriblər.

Təlimlərdə yerli porokurorluq, polis orqanlarının vəzifəli şəxsləri, sahə müvəkkiləri, yerli icra hakimiyyəti orqanlarının hüquq şöbəsinin əməkdaşları, psixoloqları, ədliyyə orqanları və məhkəmə işçiləri iştitak ediblər.

“Məişət zorakılığının aradan qaldırılması üçün tədbirlərin görülməsi” layihəsinin məqsədi məişət zorakılığı ilə bağlı problemlərin həlli üçün üçün coxtərəfli səylərin göstərilməsi, maarifləndirmə və hüquq-mühafizə və məhkəmə orqanları, yerli icra hakimiyyəti əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına yardım göstərilməsidir.

Təlim layihə ekspertləri Mirəli Hüseynov və Könül Quliyeva tərəfindən aparılıb.

Layihə çərçivəsində Yevlax şəhərində və Bərdə rayonunda “Məişət zorakılığının qarşısının alınması” mövzusunda ictimai fəal xanımların iştirakı ilə dəyirmi masa da keçirilib. “Qadınlar Arasında Həmrəylik” İB-nin sədri, layihə rəhbəri Ruhəngiz Hüseynova layihə barədə iştirakçılara məlumat verib. Eyni zamanda Azərbaycanda məişət zoraklığı hallarının qarşısının alınması sahəsində görülən işlərdən söz açıb. R.Hüseynova iştirakçıları fəal olmağa, öz fikir və rəylərini bölüşməyə çağırıb. Qeyd edib ki, bu təkliflərin məhz regionlardan toplanması aparılan siyasətin təkmilləşdirilməsi üçün çox mühümdür.

Müzakirələr zamanı iştirakçılar məişət zorakılığı hallarına qarşı mübarizə, preventiv tədbirlərin görülməsi, hüquq-mühafizə, yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlıq, maarifləndirmə işinin təşkili ilə bağlı öz fikirlərini bölüşüblər, təkliflər veriblər. Layihə ekspertləri isə iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Layihə çərçivəsində növbəti təlimlərin və dəyirmi masaların Quba, Masallı rayonlarında və Mingəçevir şəhərində keçirilməsi planlaşdırılır.

 

www.yenicag.az

1279
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv