!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hüseyin Büyükfırat: “Zəngəzur dəhlizi tək Azərbaycana deyil, regionun bütün ölkələrinə böyük fayda gətirəcək” – VİDEO

!Reklam – Yazi

“Ermənistanın və hegemon xarici qüvvələrin buradakı hədəfi Azərbaycan yox, Anadolu və Türkiyə, geniş baxdıqda isə bütövlükdə Türk-İslam dünyasıdır”.

Bu fikirləri Zəngəzur dəhlizinin əhəmiyyəti haqqında danışan Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) Hüseyin Büyükfırat “Ülke” TV-dəki çıxışında deyib.

Hüseyin Büyükfıratın sözlərinə görə, Zəngəzur dəhliz açılarsa, artıq Anadoludan, İstanbuldan, Urfadan, Türkiyənin başqa şəhərlərindən insanlar çox rahatlıqla o ərazilərə gedib-gələ biləcəklər:

“Bu an ekranda gördüyünüz foto 1918-ci ildə qurulan və İslam dünyasında ilk cümhuriyyət olan Azərbaycan Cümhuriyyətinin xəritəsidir. Diqqət etdinizsə, orada Zəngəzur dəhlizi Naxçıvandan başlayır və Azərbaycan əraziləri hüdudundadır. Hətta o ərazilərin İğdır istiqamətindəki on altı kilometrlik hissəsi rəhmətlik Atatürkün xüsusi səyləri ilə, İranla da anlaşaraq Azərbaycan sərhədlərinə daxil edilməsi təmin olunur. Yəni o torpaqlar Azərbaycanın öz əraziləri olsa da, Sovet dönəmində, Stalinin vaxtında Qarabağ necə işğal edilmişdisə, həmin ərazilər də Ermənistana verilib və İranla sərhədlərə qədər uzadılıb.

Ondan sonrakı xəritəyə baxdıqda isə bu dəyişiklik Anadolu ilə türk dünyası, Qafqaz arasına bir xəncər kimi girdi və o torpaqlar 1920-ci illərdə Ermənistana verilmiş oldu. Ancaq xarici qüvvələr bununla da kifayətlənmədilər və oyuna gələn ermənilər Qarabağı da işğal etmək fikrinə düşdülər. Məlum otuz illik dövrdə məlum olan hadisələr baş verdi.

Əslində, Ermənistanın və hegemon xarici qüvvələrin buradakı hədəfi Azərbaycan yox, Anadolu və Türkiyə, geniş baxdıqda isə bütövlükdə Türk-İslam dünyasıdır. Mən sizin kanalda daha əvvəl də bildirmişdim ki, bu savaşı Azərbaycanla Ermənistan arasında bir qarşıdurma kimi təqdim etməyə çalışsalar da, bu, belə deyil. O, hamımızın savaşı idi. Çünki hədəf Anadolu idi.

İnşallah, sülh prosesində o dəhliz açılarsa, artıq Anadoludan, İstanbuldan, Urfadan, başqa şəhərlərimizdən insanlar çox rahatlıqla o ərazilərə gedib-gələ biləcəklər. Bu müsbət hal özünü iqtisadiyyatda, elmdə, ticarətdə, qohumluq əlaqələrində də göstərəcək və “Bir millət, iki dövlət” prinsipi tam mənada özünü doğruldacaq. Yəni bu dəhlizin tək Azərbaycana deyil, bütün regiona, hətta Ermənistana da böyük faydası olacaq.

Həqiqətən də, müharibənin Ermənistana heç bir faydası olmadı. Ermənistanda sadəcə, terror şəbəkəsi, “Qarabağ klanı” adlandıra biləcəyimiz bir struktur var. Müharibə o klanın və onun arxasındakıların maraqlarına uyğun olsa da, xalqa heç bir xeyri dəymədi.

Müharibə olmasaydı, enerji dəhlizləri məhz həmin ərazilərdən keçə bilərdi. Onlar bu üstünlükdən məhrum oldular. Eyni zamanda, savaş səbəbindən Türkiyə də Ermənistanla sərhədlərini bağlayıb.

Müharibəyə qədər Ermənistanın Azərbaycanla da olan yaxşı əlaqələri tamamilə qopub. Ermənistanın indiki rəhbərliyi bunu başa düşdü. Ona görə də İkinci Qarabağ savaşındakı məğlubiyyətdən sonra Paşinyan yenidən iqtidara gəldi. Yəni orada da xalq bir çözüm istəyir. Amma xarici qüvvələr, imperialist güclər, lobbilər sülhə qarşı çıxırlar. Çünki onlar region xalqlarının, ölkələrinin davamlı olaraq bir-biri ilə savaşmalarını və bu zaman hakim kimi ortaya girmək, o dövlətlərdən nələrsə qoparmaq istəyirlər”.

Zəngəzur dəhlizinin müzakirə olunduğu həmin verilişı tam şəkildə buradan izləyə bilərsiniz:

www.yenicag.az

738
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv