!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Husilərin liderini təslim edənə 30 milyon dollar mükafat

!Reklam – Yazi

Səudiyyə Ərəbistanı Yəməndə terror aktlarını planlaşdıran, həyata keçirən və dəstəkləyənlərdən ibarət 40 nəfərlik siyahı hazırlayıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahının başında husilərin lideri Abdulməlik əl-Husinin adı qeyd olunub. Onu sağ halda təslim edənə isə 30 milyon dollar pul mükafatı vəd edilib.

Səudiyyə Ərəbistanından verilən açıqlamada, Husilər və sabiq prezident Əli Abdullah Salih tərəfdarları tərəfindən qurulan Ali Siyasi Komitənin sədri Salih əs-Samad, husilərin hökumətində nəqliyyat naziri olmuş Zəkəriyya əş-Şami, Hərbi kəşfiyyat sədri Abdulla Yəhya Əbu`l Hakim, Husinin qardaşı Əbdulxaliq əl-Husi, müdafiə naziri Məhəmməd Nəsir əl-Atıfi, komandirlərdən Yusif əl-Mədani, daxili kəşfiyyat idarəsinin sədri Əbdulqadir əş-Şami, xarici kəşfiyyat idarəsinin sədri Əbdurrəb Salih Cərəfan və hərbi müşavir Yəhya Məhəmməd əş-Şamini təslim edənə isə 20 milyon dollar mükafat veriləcəyi bildirilib.

Əbdulməlik əl-Husinin qardaşı və təhsil naziri Yəhya Bədrəddin əl-Husi, gənclər və idman naziri Həsən Məhəmməd Zeydin başına isə 10 milyon dollar mükafat qoyulub.

İnformasiya naziri Əhməd Məhəmməd Həmid, sivil xidmət naziri Təlal Aklan və ədliyyə naziri Əhməd Abdulla Akabatın yerini bildirənə və ya təslim edənə isə 5 milyon dollar veriləcəyi qeyd olunub.

Siyahıda Salih tərəfdarlarına yer verilməyib.

COP29

www.yenicag.az

2612
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv