Tanınmış aparıcı Hüsniyyə Məhərrəmova Pələng ilində həyata keçən arzularından söz açıb.
Yenicag.az xəbər verir ki, sosial şəbəkə hesabında reallaşan arzularını sadalayan aparıcı özünü dünyanın ən xoşbəxt adamı saydığını bildirib. Onu xoşbəxt edən məqamlardan biri də arzuladığı çəkiyə nail olması olub:
“Bu il çox insanla tanış oldum. Bəziləri həyatımda ciddi dəyişikliklərə səbəb oldu. “MAZDA Azərbaycan”ın ambassodoru oldum. Ən böyük arzumun təməlini qoydum. Azərbaycanda vətəndaş kimi deyil, turist kimi yaşmağı öyrəndim. 48 kilo oldum, amma bu xoşbəxtlik uzun sürmədi. İlk dəfə kokorec yedim. Bir daha başa düşdüm ki, mən bu dünyanın ən xoşbəxt adamıyam…”
Fotonu təqdim edirik:
Cəvahir
www.yenicag.az