Hyustonun qızı sabah öləcək
3 il öncə dünyasını dəyişən Uitni Hyustonun qızı Bobbi Braunun öləcəyi günün tarixi açıqlanıb.
Bu haqda məlumatı “The Daily Mail” nəşri yayıb.
Məlumatda deyilir ki, fevralın 1-dən koma vəziyyətinə düşən 21 yaşlı Bobbi hazırda süni nəfəslə yaşayır.
Həkimlər Bobbinin sağalma ehtimalının sıfıra bərabər olduğunu deyiblər. Bu üzdən onun atası süni aparatın çıxarılmasına razılıq verib.
Süni aparatın isə məhz sabah çıxarılacağı deyilir, çünki həmin gün Bobbinin anası Uitni Hyustonun ölüm günüdür.
Qeyd edək ki, Bobbini hamamda vannada üzü aşağı uzanan yerdə halsız şəkildə onun sevgilisi Nik Qordon aşkar edib.