“İbtidai siniflərdə rus bölmələri olmamalıdır” – Şahlar Əsgərov

media-hightechnic-468x90

Ötən həftə Azərbaycan Təhsil Nazirliyi yanında İctimai Şuranın iclası keçirilib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, iclasda İctimai Şuranın Nizamnaməsi qəbul edildi və Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov onun sədri seçilib. Şuranın sədri Şahlar Əsgərov media.az-a verdiyi müsahibədə məktəblərdə ibtidai təhsilin rus dilində aparılmasının əleyhinə olduğunu bildirib.

O, rus dilinin həm xarici həm də doğma dilimiz kimi olduğunu deyib:

“Bu çox həssas məsələdir. Etnopedaqogiyanın məşhur mütəxəssisi Gennadi Volkovun gözəl bir ifadəsi var: “Xalqı ən təmiz formada uşaqlar təmsil edir. Milli uşaqlarda öldüsə, bu, millətin ölümünün başlanğıcı deməkdir. ” Ona görə də hesab edirəm ki, ibtidai məktəbdə təhsil yalnız Azərbaycan dilində, yəni ana dilində getməlidir. Ancaq dördüncü sinifdən sonra bir seçim verə bilərsiniz – Rus və ya İngilis təhsil sektoru. Bu, Gürcüstan və Baltikyanı ölkələrdə geniş tətbiq olunur. Bir millət birləşməlidir, dillərə bölünməməlidir”.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05