Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

ICESCO-nun Baş direktoru Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İCESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

Bu barədə Yenicag.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanvarın 13-də İCESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik və nümayəndə heyətinin üzvləri Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin məzarını ziyarət ediblər. Ulu öndərin məzarüstü abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad olunub.

Ümummilli liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Sonra Şəhidlər xiyabanına gələn İCESCO-nun baş direktoru və nümayəndə heyətinin üzvləri Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından qəhrəman Vətən övladlarını xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə və “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyublar.

Qonaqları İCESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə müşayiət edib.

www.yenicag.az

100
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100