Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) başçısının köməkçisi Ağayev Murad Əsgər oğlu vəzifəsindən azad edilib.
Yenicag.az xəbər verir ki, bununla bağlı RİH başçısı Əziz Əzizov müvafiq əmr imzalayıb.
Ə.Əzizovun daha bir əmri ilə köməkçi vəzifəsinə Fətullayev Nazim Hüseynalı oğlu təyin edilib. N.Fətullayev daha əvvəl RİH-də İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.
Xatırladaq ki, M.Ağayev Ə.Əzizovun bacısı oğludur. Ə.Əzizov 2006-2018-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan zaman M.Ağayev bir neçə il onun sürücüsü kimi fəaliyyət göstərib.(report)
www.yenicag.az