İcra başçısı təyin edilən Firdovsi Əliyev kimdir? - DOSYE + FOTO

media-hightechnic-468x90

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Alı İbrahim oğlu Qocayev Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

media-banner_tkm

Prezidentin digər sərəncamı ilə Firdovsi Şahmirzə oğlu Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Yenicag.az Firdovsi Şahmirzə oğlu Əliyevin dosyesini təqdim edir.

O, 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib.

F.Əliyev 1988-1991-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspirant olub.

1991-1993-cü illərdə AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi, 1993–2000-ci illərdə AMEA Torpaq və Aqrokimya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.

 

1994-cü ildən kənd təsərrüfatı elmləri namizədidir.

2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

2002-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib.

2004-2023-cü ilə kimi ekologiya və təbii sərvətlər nazirinin müavinidir.

2023-cü ilin martın 6-dan indiyə kimi ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsində işləyir.

2021-ci ildə Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

Ailəlidir, 2 övladı var

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05