Model-aktrisa Əfsanə Qasımova bir müddət öncə açıq-saçıq fotolarının mətbuata çıxmasıyla, ardınca isə adının keçmiş icra başçısıyla hallanmasına görə gündəmə gəlmişdi. Bu günlərdə isə Qasımova yeni fotosessiyasını Ölkə.az-a təqdim edib. Aktrisa-model həmçinin saytın suallarını cavablandırıb.
-Əfsanə xanım, bir müddət öncə sosial şəbəkələrdə, həmçinin mediada çox aktiv idiniz. Sanki son günlər bir qədər geri çəkilmisiniz.
– Haqlısınız ki, bir müddət öncə daha fəal idim. Amma indiki duruma da geri çəkilmək deməzdim. Sadəcə, başım işlərimə qarışıb. Hazırda ATV-də “Qız atası” serialına çəkilirəm, eyni zamanda model kimi fəaliyyətim var. Sentyabrdan da dövlət qurumunda işə başlayacağam.
– Bəlkə qeyri-fəallığınızın bir səbəbi də budur.
– Bilirsiniz, dövlət qurumu elədir ki, burada hər addımına diqqət etməlisən. Bəlkə də o səbəbdən müəyyən çərçivələri özüm özümə təyin etmişəm.
– İndiyə kimi o çərçivələr yox idi?
– Var idi, amma bu qədər yox.
– Adınız Cəbrayılın keçmiş icra başçısıyla da hallanırdı.
– O söhbət yadıma düşəndə hələ də gülürəm. Səhv etmirəmsə kişinin adı Mahmud idi.
– Bəli, Mahmud Quliyev.
– Düzdür, sevgidə, münasibətlərdə yaşın fərqi yoxdur. Amma bu qədər də yox da. O kişinin 70 yaşı var, babam yaşındadır.
– Təqdim etdiyiniz fotosessiyadakı maşın özünüzündür?
– Xeyr, yaxın bir dostumundur. Özüm isə avtomobil idarə etmirəm.
– Bacarmırsınız?
– Bacarıram, amma sürücü idarə edir.
– Niyə Azərbaycanda model deyəndə belə düşünülür ki, filankəsin sevgilisi, filankəsin məşuqəsidir?
– Bu mənim ən yaralı yerimdir. Ancaq görünür insanlar daha çox belə görürlər. Hər halda insanın biriylə münasibətinin olması çox normaldı. Əsas odur ki, kiminsə evini, ailəsini dağıtmayasan.
– Yeri gəlmişkən, şəxsi həyatınızla bağlı vəziyyət necədir?
– Onu deyə bilərəm ki, hər şey qaydasındadır.
İntiqam VALEHOĞLU
Ölkə.Az
www.yenicag.az