İcra əməkdaşlarının səkilərdəki "müsadirə" reydləri qanunsuzdur? – Hüquqşünasdan açıqlama
“İcra orqanları əməkdaşlarının vətəndaşın əmlakını müsadirə etməsi vəzifə səlahiyyətlərindən sui-istifadədir.”
Bu sözləri Yenicag.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib.

Hüquqşünas son vaxtlar yerlərdə icra hakimiyyəti əməkdaşlarının piyada səkilərini zəbt edən ticarətçilərə müvafiq cərimə tətbiq etmədən, onların əmlaklarını qanunsuz şəkildə müsadirə etməsi görüntülərini şərh edərək bunun hüquqi əsasının olmadığını bildirib:
“Azərbaycan Konstitusiyasına görə, şəxsi mülkiyyət hüququndan yalnız məhkəmə məhrum edə bilər. Buna görə də hər hansı qanun pozuntusuna yol vermiş şəxsin əmlakını yalnız məhkəmə müsadirə edə bilər. İcra hakimiyyəti orqanının heç bir əməkdaşının gəlib vətəndaşın əmlakını əlindən alıb aparmağa ixtiyarı yoxdur. Bu, birbaşa olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə halı sayılır.”
Nurlan Cəfəri












