!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İcra Hakimiyyəti Nazirlər Kabinetinin qərarına qarşıdır - VİDEO

!Reklam – Yazi

Sabunçu Rayon İcra Hakimiyyəti Nazirlər Kabineti yanında operativ qərargahın tələblərinin, tövsiyələrinin yerlərdə icrasına nəzarət məqsədilə reydlər aparır.

Bu barədə Sabunçu Rayon İcra Hakimiyyətinin iyulun 7-də açıqladığı məlumatda bildirilir.

Reydlər isə sahibkarların birində narazılıq yaradıb – söhbət Sabunçuda, Sakit Qocayev küçəsi, 27C ünvanında yerləşən “Megastore” supermarketindən gedir.

Oxu.Az-ın redaksiyasına daxil olan şikayətdə bildirilir ki, Sabunçunun icra başçısı Adil Vəliyevin də iştirakı ilə keçirilən reyddə mağaza rəhbərliyinə xəbərdarlıq edilib.

Xəbərdarlığa əsasən, xüsusi karantin rejimi dövründə mağaza daxilində tekstil, xırda məişət avadanlıqlarının və uşaq oyuncaqlarının satışı həyata keçirilə bilməz.

Əks təqdirdə mağaza rəhbərliyinin cərimələnəcəyini bildiriblər.

Koronavirus pandemiyası ilə əlaqədar iyulun 5-i saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu bölgələrin sayı artırılıb.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində xüsusi karantin rejimi sərtləşdirilib.

Həmin şəhər və rayonlarda həftə sonları ictimai nəqliyyatın hərəkəti qadağan olunub. Sərtləşdirilmiş karantin rejimi iyulun 20-i saat 06:00-dək davam edəcək.

İyulun 4-dən Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti iyulun 20-nə kimi dayandırılıb.

Bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda beş nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir. Amma yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisnadır.

Sərt karantin rejiminin tətbiq edildiyi 16 şəhər və rayonda nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb. İctimai iaşə obyektlərində müştərilərə yerində xidmətlərə, muzey və sərgi zallarının, bərbərxanaların, gözəllik salonlarının fəaliyyətinə, kosmetik xidmətlərə qadağa qoyulub.

Təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla) açıq havada idman yarışlarının və oyunlarının keçirilməsinə icazə verilmir.

Ərzaq məhsullarının satış məntəqələri və məişət xırdavatlarının satışı məntəqələri isə fəaliyyətinə icazə verilən sahələr siyahısında yer alır.

Ümumilikdə isə ölkə üzrə xüsusi karantin rejimi avqustun 1-nə qədər uzadılıb.

Göründüyü kimi, Nazirlər Kabinetinin qərarında mağazanın daxilində hansısa şöbənin fəaliyyətinə qadağa ilə bağlı müddəa yoxdur.

www.yenicag.az

904
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv