İcra məmurları tələbi borclunun sərvətinə yönəldə biləcək

media-hightechnic-468x90

İcra məmurlarının hüquqlarına dəyişiklik edilir.

Yenicag.az xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirə olunan “Dövlət icra məmurları haqqında” qanuna dəyişiklik edilməsi barədə layihədə öz əksini tapıb.

media-banner_tkm

Layihədə qeyd olunub ki, icra məmurlarının hüquqları sırasındakı tələbi borclunun hesabında olan pul vəsaitlərinə yönəltmək hissəsi dəqiqləşdirilir.

Yeni redaktəyə görə, icra məmurları tələbi borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı, elektron pul təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldə biləcəklər.

Qüvvədə olan qanuna əsasən, icra məmurları tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərinə yönəldə bilirdilər. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05