!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İctimai nəqliyyat dayanacaqlarını zəbt edən MAŞINLAR: "Dayanma-durma qaydalarının pozulması..."

!Reklam – Yazi

“Dayanma-durma qaydasının pozulmasının bir neçə səbəbi var”.

Bu fikirləri ictimai nəqliyyat üçün ayrılmış dayanacaqlarda digər avtomobillərin saxlanması probleminin illərdir həlsiz qalmasına toxunan nəqliyyat eksperti Arzu Babazadə Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, sözügedən problemin həll edilməsi üçün Dövlət Yol Polisinin səlahiyyətləri artırılmalıdır:

“Avtomobillərin ictimai nəqliyyat dayanacağında dayanma-durma qaydalarını pozması DYP-nin zəifliyindən əmələ gəlir. Niyə? Cavablandırım.

Gözümlə şahidi olduğum hadisədir. İctimai nəqliyyat üçün ayrılan dayanacaqda dayanma-durma qaydasını pozan digər nəqliyyat vasitəsi sürücüsünə yol polisi əməkdaşı cərimə tətbiq etmədi. “Niyə on səkkiz metrlik ictimai nəqliyyat üçün ayrılan dayanacağı işğal etmisən?” – deyə sürücüyə sual vermədi. Düzdür, anlayırıq, kütləvi cəriməyə icazə yoxdur. Nəzarəti gücləndirərək belə halların qarşısı alınmalıdır. Avtobusların sayı artırılsa, qatarların intervalı azaldılsa, müsbət nəticə əldə etmək olar.

Dayanma-durma qaydasının pozulmasının bir neçə səbəbi var: Yeraltı parkinqlərin baha olması, MTK-ların mənzil sahibi olan şəxsə park yerini satması və ya tarif tətbiq etməsi. Əmlak Məcəlləsinə uyğun olaraq mənzil alan şəxsə binanın avtomobil parklanma sahəsi pulsuz olmalıdır.

Maşın sürməyi sevməyən tələbələrim var. Hətta ictimai nəqliyyatdan istifadə etməyi sevdiklərini bildirirlər. İctimai nəqliyyatın sıxlığı insanları maşın almağa məcbur edir. İnsanları ictimai nəqliyyatdan çəkindirmək lazım deyil”.

Nəsimi Ələsgərli

www.yenicag.az

540
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv