!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İctimai Şuranın nazirliyin səhv işlərinin üstünü pərdələmək öhdəliyi yoxdur” – Sahib Məmmədov

!Reklam – Yazi

“Qərəzsiz vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələrdən biri də əhalinin məlumatlandırılması işində rol oynamaqdır”.

Bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında yaradılan İctimai Şuranın üzvü seçilən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, vətəndaşların sosial təminat sistemindən narazılıqlarının bir qismi məlumatsızlıqdan doğur:

“Bilirsiniz, sosial təminat sistemi elədir ki, dünyanın ən qabaqcıl ölkələrində belə onun benefisiantları – bu sistemdən bəhrələnənlər narazıdırlar. Çünki benefisiant təbəqə sosial təminatı olmayan kateqoriyadır. Ona görə də bu narazılıqlara təbii baxmaq olar.

Dünən baş tutan görüşdə cənab nazir bizə məlumat verdi ki, onlayn qaydada və telefon vasitəsilə nazirliyə il ərzində üst-üstə 4 milyondan çox vətəndaş müraciəti daxil olub. Nazirlik hər ay müntəzəm olaraq 2,7 milyon, ümumilikdə isə ildə 8 milyon nəfərə xidmət göstərir. Bu baxımdan, müraciət edənlərdən bir faiz narazı olanda, bu artıq böyük rəqəmdir.

Narazılıqların idarə edilməsinə gəldikdə, əlbəttə, bu məsələdə İctimai Şuranın rolu mütləq olmalıdır. Elə şikayətlər olur ki, onlara administrativ qaydada baxılır. Bundan sonra şikayətçilər İctimai Şura üzvünə, yaxud Şurada təmsil olunmayan qeyri-hökumət təşkilatına və ya Ombudsmana müraciət edirlər. Bu zaman şikayətə təkrar baxılır və daha dərindən araşdırma aparılır. Təbii ki, bu halda hüquqların bərpa edilməsi ehtimalı da artır.

Digər tərəfdən, vətəndaşların narazılıqlarının bir qismi məlumatsızlıqdan doğur. Yəni vətəndaşların ya öz hüquqlarını bilmədikləri, ya da hüquqlarını yanlış bildikləri üçün problemlə qarşılaşdıqlarına dair hallara rast gəlinir. Bu səbəbdən, İctimai Şura üzvlərinin, ümumiyyətlə, qərəzsiz vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələrdən biri də əhalinin məlumatlandırılması işində rol oynamaqdır.

Eyni zamanda İctimai Şuranın Nazirliyin – indiki halda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin – səhv işlərinin üstünü pərdələmək öhdəliyi yoxdur. Əksinə, səhv işləri görəndə, dərhal ilk növbədə nazirlik daxilində bunun həllinə çalışmaq lazımdır”.

A.Zeynalov

www.yenicag.az

491
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv