!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İctimai və dövlət MARAQLARININ MÜDAFİƏSİ: “Bu ölkənin davamlı inkişafına böyük töhfə verir”

!Reklam – Yazi

İctimai və dövlət maraqları arasındakı balans, müasir cəmiyyətin inkişafında mühüm əhəmiyyət kəsb edir. İctimai maraqlar, vətəndaşların ehtiyacları, hüquqları və sosial ədalət prinsipləri ilə bağlıdır. Dövlət maraqları isə dövlətin təhlükəsizliyi, iqtisadiyyatı və siyasi sabitliyi ilə bağlıdır. Bu iki anlayış arasında qarşılıqlı əlaqə mövcuddur.

İctimai maraqların müdafiəsi, cəmiyyətin sosial məsələlərinin həllinə yönəlməlidir. Bu, insan hüquqları, sağlamlıq, təhsil və ətraf mühitin qorunması kimi sahələri əhatə edir. Cəmiyyətin inkişafı üçün vətəndaşların iştirakını təmin etmək, onların fikirlərini və tələblərini nəzərə almaq vacibdir. Dövlət maraqlarının qorunması isə, təhlükəsizlik, iqtisadi inkişaf və xarici siyasət sahələrini əhatə edir. Bu kontekstdə dövlət, ictimai maraqları nəzərə alaraq strateji qərarlar qəbul etməlidir.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının sədri Vüqar Qədirov deyib ki, bu gün ölkəmizdə bir çox vətəndaş cəmiyyətləri və Qeyri-Hökumət Təşkilatları fəaliyyət göstərir.

“Lakin heç də onların hamısı Azərbaycanın dövlət və milli maraqlarından çıxış etmir. İllər ərzində aparılan müşahidələr və araşdırmalar nəticəsində məlum oldu ki, bəzi QHT-lər xarici donorlara bağlı olaraq, insan hüquqlarının müdafiəsi adı altında ölkəmizə qarşı qərəzli mövqe sərgiləyən qüvvələri dəstəkləyiblər. Məhz dövlətimizə qarşı qarayaxma kampaniyasının davam etdirilməsi üçün bu istiqamətdə müxtəlif fondlar tərəfindən onlara külli miqdarda vəsait ayrılıb.

Azərbaycanın milli və vətənpərvər QHT-lər dövlətin maraqlarının müdafiəsində ön sıralarda olmalıdır. İctimai təkliflərin ümumiləşməsi, arzu-istəklərin aidiyyatı dövlət qurumlarına çatdırılması onların sayəsində həyata keçirilir. Bir sözlə, vətəndaş cəmiyyətləri vətəndaş-dövlət əlaqələrini və ictimai idarəçiliyi təmin edən qurumdur.
Xüsusən 44 günlük Vətən müharibəsi dövründə xarici qüvvələrin vətəndaş cəmiyyətləri üzərindən ölkəmizə qarşı kampaniyalar hazırladığının şahidi olduq. Çox sevindirici haldır ki, dövlətinə və milli maraqlarına sadiq QHT-lər ölkəmizi bu günlərdə layiqincə müdafiə etdi. Sonrakı dövrlərdə də eko-aktivistlərin erməni terrorizminə qarşı soyuq qış aylarında keçirdiyi aksiya buna bariz nümunədir. Nə olur-olsun ölkəmizə qarşı qarayaxma kampaniyalar aparan qüvvələrə qarşı hər zaman öz cavabımızı verməyə hazırıq”, – deyə o bildirib.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, Azərbaycanda ictimai rifahın yüksəldilməsi istiqamətində dövlətin təhlükəsizlik siyasəti özünün bəhrəsini uğurla göstərir.

“Xüsusən ictimai rifahın təmin edilməsi və dövlət maraqlarının müdafiəsi sahəsində təhlükəsizlik siyasəti tətbiq olunur. Bu siyasət, ictimai rifahın mövqelərinin möhkələndirilməsini, ictimai təhlükəsizlik və sosial sabitlik üçün vacib tədbirlərin həyata keçirilməsini təmin edir. Gələcək üçün bu istiqamətdə xüsusi perspektivlər görünür.

Qeyd etmək lazımdır ki, təhlükəsizlik təmin olunmadan iqtisadi və sosial inkişafa yönəlmək mümkünsüzdür. Ölkəmizdə isə bu, çox yaxşı formada təmin olunub. Təhlükəsiz şəraitdə fəaliyyət göstərən işgüzar mühit, investisiyaların artmasına və yeni iş yerlərinin yaranmasına imkan yaradır. Ki, bunu ölkəmizdə müşahidə etməkdəyik. Xarici investorların ölkəmizi cəlbedici görməsi və burada fəaliyyətləri bunu deməyə əsas verir.

Gələcəkdə dövlətin təhlükəsizlik siyasətinin daha da təkmilləşdirilməsi və effektivliyinin artırılması gözlənilir. Misal üçün texnoloji yeniliklər. Təhlükəsizlik sistemlərinin modernləşdirilməsi və yüksək texnologiyaların tətbiqi ilə daha effektiv təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, eyni zamanda, beynəlxalq əməkdaşlıq mümkündür. Azərbaycan beynəlxalq təşkilatlar və qonşu ölkələrlə əməkdaşlıq edərək, regionda sülh və sabitliyi təmin etmək üçün birgə təhlükəsizlik tədbirləri, həmçinin sosial proqramlar həyata keçirir. İctimai rifahı artırmaq üçün sosial proqramların genişləndirilməsi və dövlətin sosial sahələrə yatırım etməsi davam etdiriləcək. Bu isə təhsil, səhiyyə və işsizliklə mübarizə sahələrində daha çox imkanlar yaradacaq. Ümumiyyətlə, təhlükəsizlik siyasətinin uğurlu icrası, Azərbaycan cəmiyyətinin rifahını artırmağa və ölkənin davamlı inkişafına böyük töhfə verir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.

COP29

www.yenicag.az

231
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv