İctimai yerdə söyüş söymək qadağan edilir - Yeni qanun

media-hightechnic-468x90

Qırğızıstanda ictimai yerdə söyüş söymək, spirtli içki içmək qadağan edilir.

Yenicag.az xəbər verir ki, Qırğızıstan prezidenti Almazbek Atambayev parlament tərəfindən hazırlanan yeni qanunu artıq təsdiq edib. Qanuna əsasən, ictimai yerlərdə nalayiq ifadələr işlədən, spirtli içki qəbul edən və insanlara hər hansı bir narahatlıq verən davranışlar sərgiləyən şəxslər cərimələnəcək.

Cərimənin məbləğinin isə 15-45 dollar arasında olacağı bildirilir. Cəriməni ödəməyən şəxs 8 saat və ya 10 gün müddətinə həbs olunacaq.

Qanun fevralın 1-dən qüvvəyə minəcək.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600