“İdeyanın fotoya çevrilişi” dərsləri
İspan fotoqrafı Gerald Kiernan Azərbaycanda ustad dərsləri keçəcək.
Azərbaycan Fotoqraflar Birliyinin (AFB) sədri Mirnaib Həsənoğlunun verdiyi məlumata görə, ustad dərsləri “İdeyanın fotoya çevrilişi” adlanacaq. Fotoqraf təlimdə həmçinin “İdeya haqqında araşdırma”, “Dizayn”, “Studiya foto”, “Layihənin icrasının təmin edilməsi” adı altında təlimlər aparacaq.
Ustad dərsləri noyabrın 12-də Bakı Xətai Sənət Mərkəzində təşkil olunacaq.
AFB-dən bildiriblər ki, Gerald Kiernan bu ilin yanvarında Bakıda “İşıq və foto” haqqında təlim keçmişdi.
(topnews.az)