İdmançılarımız ilk çıxışını başa vurdu

media-hightechnic-468x90

ea44d586Sinxron üzgüçülük üzrə Azərbaycan idmançıları Tatyana Nikitina və Yekaterina Valiulina dueti artıq çıxışlarını başa vurub.

Yenicag.az-ın məlumatına görə, 10-cu nömrə altında çıxış edən təmsilçilərimizin ilkin mərhələdə çıxışının nəticələri münsiflər heyəti tərəfindən 71.4333 balla qiymətləndirilib. İdmançılarımızın ardınca Böyük Britaniya, Avstriya, Lixtenşteyn, Yunanıstan, İsveçrə, Fransa, Bolqarıstan, İsrail, Hollandiya və İtaliya duetləri çıxış edəcək.

Onların tutduqları yer və final mərhələsinə yüksəlib-yüksəlməyəcəkləri 20 duetin hamısı çıxışları yekunlaşdıqdan sonra bilinəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600