Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

İdmançımız qızıl medal qazandı

Reklam: High Technic

91130Azərbaycan gimnastı Oleq Piunov Bakıda keçirilən gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında batutda tullanma üzrə fərdi yarışlarda qızıl medal qazanıb.

Yenicag.az  xəbər verir ki, O.Piunov finalda 54.640 bal toplayıb ki, bu da onun qalib olması üçün kifayət edib. İkinci yeri Türkiyə təmsilçisi Gorkan Mutlu (54.360 bal), üçüncü yeri isə portuqaliyalı Pedro Ribeyro Ferreyra (53.765 bal) tutub.

Qarışıq cütlüklərin yarışmasında isə Azərbaycanın aerobika cütlüyü Yekaterina Kotlyarova – Timur Ələkbərov bürünc medal qazanıb. Qızıl İspaniyadan olan cütlüyə, gümüş medal isə Rumıniya təmsilçilərinə qismət olub.

www.yenicag.az

783