!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İİV-ə yoluxanların 55 nəfəri inyekson narkotik istifadəçiləridir

!Reklam – Yazi

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 335, QİÇS-lə Mübarizə Mərkəzində 391, Sumqayıt Narkoloji Mərkəzində 151 nəfər) 877xəstə müalicə alır.

Yenicag.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında deyilir.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Cari ilin sentyabr ayının sonuna kimi İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 55 nəfəri (5,9%-i) inyekson narkotik istifadəçiləri olmuşdur.

Cari ilin yanvar-sentyabr ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 1443 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 125-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 103-ü narkotik asılılıqdan müalicə, 1215-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 228 məktub ünvanlanmışdır.

COP29

www.yenicag.az

133
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv