İki ölkə Rusiyanın sualtı gəmilərini izləməyə başlayıb
Britaniya və Almaniya donanmaları Rusiya sualtı qayıqlarını fəal şəkildə izləməyə başlayıblar.
Yenicag.az xəbər verir ki, bu barədə “The National Interest” qəzeti yazıb.
“Rusiya sualtı qayıqları real təhlükə yaradır. Rusiyanın dünyanın ən inkişaf etmiş və çoxsaylı sualtı donanmalarından birinə sahibdir, həmçinin nüvə enerjisi ilə işləyən ballistik raket daşıyıcıları, hücum sualtı qayıqları və kruiz raket gəmiləri də daxil olmaqla təxminən 64 sualtı qayığı var”.












