İki yaşlı oğlunu bıçaqlayan şəxsə 14 il 6 ay həbs cəzası verildi

media-hightechnic-468x90

Bakıda iki yaşlı oğluna xəsarət yetirməkdə təqsirləndirilən Saqi Kərimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Saqi Kərimov 14 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 23-də Səbail rayon ərazisində qeydə alınıb. Yevlax rayon sakini 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən xəsarətlər yetirib, sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət vurub.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə S.Kərimov xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05