İkimərtəbəli evdə partlayış baş verdi

media-hightechnic-468x90

mescid yandi esas dfbh0Gədəbəy şəhərində vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində məişət qazının sızması nəticəsində partlayış hadisəsi baş verib.

Partlayış nəticəsində ikinci mərtəbədə 3 otaq və dam örtüyü dağılıb, yanğın hadisəsi olmayıb. Partlayış zamanı 1 nəfər xəsarət alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Şəki rayonunun Qoxmuq kəndində isə (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa